Tovuz rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.
Bildirilib ki, Alakol AQPS-dən qidalanan xətlərdə aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar qazın verilişi dayandırılacaq.
Belə ki, Yanıqlı kəndi ərazisində vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 219 millimetr olan ortatəzyiqli qaz xəttinin, eləcə də Alakol kəndində digər vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin vətəndaşların öz vəsaiti hesabına yerinin dəyişdirilməsi nəzərdə tutulur.
Bu səbəbdən 2026-cı il aprelin 14-də saat 09:30-dan etibarən Yanıqlı, Əhmədabad, Alakol və 1№-li Qovlar kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
Qaz kəsintisi müddətində ümumilikdə 1 949 abonentin qaz təminatında fasilə yaranacağı bildirilib.
Bizim.Media































































































