“İslamabadda keçirilən danışıqlardan hərtərəfli sülh razılaşmasının çıxma ehtimalı əvvəldən aşağı idi. Çünki müzakirə olunan məsələlər, xüsusilə İranın nüvə proqramı və ABŞ ilə İsrailin ciddi zərbələrinə baxmayaraq İranın birtərəfli güzəştlərə getmək istəməməsi prosesi xeyli mürəkkəbləşdirirdi”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı politoloq Endryu Korybko deyib.
Pakistanda ABŞ və İran arasında keçirilən danışıqları şərh edən analitik, razılaşmanın əldə edilməməsinə görə müharibə riskinin davam etdiyi bildirib.
“Məlumatlara görə, əksər məsələlər üzrə razılıq əldə olunsa da, ən vacibi hesab edilən nüvə məsələsi də daxil olmaqla bəzi mövzularda anlaşma təmin olunmayıb. Donald Trampın son açıqlamalarına əsasən, məhz bu məsələ onun üçün əsas prioritetdir. Əgər atəşkəs qüvvədə qalsa və uzadılsa, İranın mövqeyini dəyişmək üçün səbəbi olmayacaq və bu halda Tramp məqsədinə nail ola bilməyəcək. Bu isə ABŞ-ın İrana təzyiqləri artırması ehtimalını gücləndirir”.
Tramp həmçinin ABŞ-ın digər adı açıqlanmayan ölkələrlə birlikdə Hörmüz boğazını blokadaya alacağını və artıq İrana rüsum ödəyən gəmilərin qarşısının alınması üçün donanmaya göstəriş verdiyini açıqlayıb.
O, sosial media paylaşımında İranın bu prosesə müdaxilə edəcəyi təqdirdə hədələr də səsləndirib. Buna baxmayaraq, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) riskə gedə bilər və bu halda münaqişə yenidən alovlana bilər:
“İran baxımından isə ABŞ-ın təzyiqləri artırmasına cavabsız qalmaq həm ciddi nüfuz itkisinə səbəb ola bilər (bu isə İran siyasi mədəniyyətində olduqca önəmlidir), həm də ölkəni nüvə proqramı kimi həssas məsələlərdə birtərəfli güzəştlərə məcbur edə bilər ki, bu da yenidən nüfuz itkisi deməkdir”.
Korybko əlavə edib ki, bu səbəbdən, Trampın blokada qərarından sonra münaqişənin yenidən başlanması ehtimalı daha da artıb:
“Bu dəfə isə prosesə “NATO-dan kənar əsas müttəfiq” statusuna malik Pakistan kimi yeni ölkələrin də cəlb olunması mümkündür. Pakistanın Səudiyyə Ərəbistanı ilə qarşılıqlı müdafiə öhdəlikləri var, artıq bu çərçivədə bölgəyə döyüş təyyarələri göndərib və İranın birtərəfli güzəştlərə getməməsi səbəbilə İslamabad danışıqlarının nəticəsiz qalmasına görə narazı ola bilər”.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 13.04.2026
ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL
Hazırda oxunan: ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL
Hazırda oxunan: ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL
606876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































