Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Hazırda oxunan: Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

606869

Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı "Elektron davamiyyət" sistemi tətbiq edilməyə başlanıb.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, QR kod dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmin edilməsi məqsədilə tətbiq edilib.

Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.
 

"Elektron davamiyyət" sistemi vasitəsilə şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır, dərhal valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndərilir, gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.


Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin