Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

606864

Xəbər verdiyimiz kimi Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbinin üçüncü sinif şagirdi dərs zamanı idman zalında yıxılaraq xəsarət alıb. Yıxılan şagirdin ağız nahiyəsində yırtıq yarandığı, qolunun isə sındığı bildirilib. 

İddialara görə hadisədən sonra məktəb direktoru Dilarə Novruzova olayı ört-basdır etmək üçün şagirdin xəstəxanaya aparılmamasını tapşırıb.
 

MÖVZU İLƏ BAĞLI:

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? – ÖZƏL


Bu səbəbdən şagirdə ev şəraitində həkim çağırılıb və ağız nahiyəsindən aldığı yaraya tikişlər qoyulub. 

Məsələ ilə bağlı E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbindən Bizim.Media-ya bildirilib ki, 9 aprel 2026-cı il tarixində Elmar Mirzəyev adına 6 nömrəli Respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin 3c sinfinin şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən sonra (saat 15:30-da) məktəbin həyətində yıxılıb və xəsarət alıb:

“Şagirdə ilkin tibbi yardım göstərilib və valideynlərinə məlumat verilib. Valideynin istəyi ilə şagird valideyni tərəfindən evə aparılıb. Valideynlə əlaqə saxlanılıb, şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilib”, - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin