Uzunömürlülüyün sirri açıldı: Hər gün 3 qaşıq bu qidadan yemək kifayətdir

Hazırda oxunan: Uzunömürlülüyün sirri açıldı: Hər gün 3 qaşıq bu qidadan yemək kifayətdir

606837

Sağlam qocalmanın və əzələ gücünün qorunmasının açarı sadə qidalanma vərdişlərində gizlənə bilər.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hər gün fıstıq yağı istehlakı əzələ itkisi ilə mübarizədə effektiv rol oynayır.
 

Araşdırmada 66-89 yaş arası 120 nəfər üzərində aparılan müşahidələr nəticəsində altı ay ərzində gündə 3 qaşıq fıstıq əzməsi qəbul edən şəxslərdə aşağı bədən əzələlərinin gücündə əhəmiyyətli artım qeydə alınıb.


Mütəxəssislər bildirir ki, bu qida həm də proteinlə zəngindir və ürək-beyin sağlamlığına müsbət təsir göstərir. Maraqlıdır ki, yüksək kalorili olmasına baxmayaraq, tədqiqat zamanı iştirakçılarda çəki artımı müşahidə olunmayıb.

Bununla yanaşı, vurğulanır ki, təkcə qidalanma kifayət deyil - əzələ sağlamlığını qorumaq üçün müntəzəm fiziki məşqlər də vacibdir.

Mütəxəssislərin fikrincə, bu sadə vərdiş uzunömürlü və aktiv həyat üçün effektiv dəstək ola bilər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin