İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? ÖZƏL

Hazırda oxunan: İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? ÖZƏL

606817

Bakıda üçüncü sinif şagirdi dərs zamanı xəsarət alıb. Hadisə aprelin 9-u saat 16:00 radələrində Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbində baş verib. 

Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini Vüqar Əmirov bildirib.

Qeyd edib ki, üçüncü sinif şagirdi Tural Ağayev (şərti ad) dərs zamanı idman zalında yıxılaraq ağız və qol nahiyəsindən xəsarətlər alıb. Zədə nəticəsində şagirdin ağız nahiyəsində yırtıq yaranıb,qolu isə sınıb.

İddialara görə hadisədən sonra məktəb rəhbərliyi tərəfindən şagirdin xəstəxanaya aparılmadığı, ev şəraitində həkim çağırıldığı və yaraya tikişlərin qoyulduğu tapşırılıb. 
 

Qəsəbədən çağırılan Muxtar adlı həkim tərəfindən şagirdin ağız nahiyəsindəki yaralara tikişlər atıldığı qeyd olunur.


Məsələ ilə bağlı E. Mirzəyev adına 6 nömrəli Respublika xüsusi internat məktəbin direktoru Dilarə Novruzova Bizim.Media-ya açıqlamasında  faktı təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib. 

Eyni zamanda Elm və Təhsil Nazirliyinə də sorğu göndərilib.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin