Kredit götürmək istəyən vətəndaşın 450 manatı mənimsənilib.
Bizim.Media xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən Lənkəran rayonu, Liman şəhər sakini Ramal Əliyev dələduzluqla üzləşdiyini iddia edir.
Zərərçəkmiş deyir ki, ona "WhatsApp" vasitəsilə zəng edilərək kredit kampaniyasına düşdüyü və adına 6 000 manat kredit ayrıldığı bildirilib.
Ramal Əliyevin sözlərinə görə, ilkin olaraq onunla bir qadın, daha sonra isə kişi danışaraq kreditin rəsmiləşdirilməsi üçün sığorta və depozit ödənişi edilməli olduğunu deyiblər.
Fırıldaqçıların toruna düşən Ramal Əliyev bildirib ki, sonradan ona kreditin artıq təsdiqləndiyi deyilib və hesabına vəsait köçürüləcəyi vəd olunub.
Lakin vətəndaş daha sonra aldadıldığını anlayıb.
Çəkiliş aparılan zaman Ramal Əliyev bir neçə dəfə qarşı tərəfə zəng etsə də, bütün cəhdləri nəticəsiz qalıb, zənglərə cavab verən olmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, vətəndaşın müraciəti əsasında hazırda müvafiq polis orqanında araşdırma aparılır:
"Bir daha vətəndaşlara internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmaları tövsiyə olunur".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:26 / 12.04.2026
Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO
Hazırda oxunan: Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO
Hazırda oxunan: Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO
606723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































