Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

Hazırda oxunan: Salyanda 2 avtomobil toqquşdu - Yaralılar var

606700

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1968-ci il təvəllüdlü Qardaşxanova Natəvan Adil qızı və 1986-cı il təvəllüdlü Qardaşxanova Nuranə Cabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin