Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

Hazırda oxunan: Kişilərin evlilikdən qaçış səbəbi BU İMİŞ – Öz dillərindən ETİRAF

606651

Ailə və evlilik anlayışı əvvəlki nəsillərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Həyatın əsas mərhələlərindən biri hesab edilən evlilik artıq gənclər üçün mütləq məqsəd kimi qəbul olunmur. Son vaxtlar isə oğlanlar arasında daha qabarıq şəkildə evlilikdən qaçış müşahidə olunur.  İlk baxışda kişilərin evliliyə meyl göstərməməsinə iqtisadi çətinlik, evsizlik, işsizlik səbəb kimi göstərilsə də, daha dərin qatlarda bu sadalananların “üz qabığı” bəhanələr olduğu məlum olur.

Bizim.Media-nın bu problemlə bağlı sosial şəbəkələrdə apardığı sorğudan belə məlum oldu ki, kişilərin böyük əksəriyyəti sadəcə müasir qızlardan qorxur.
 

MÖVZU İLƏ BAĞLI:

Əcnəbilərlə evlilik - Kişiyə olar, qadına olmaz?


Çünki yeni nəsil qızlar, oğlanın ailəsi ilə yola getmir, sosial şəbəkələrdən aktiv və istədiyi kimi istifadə edir, qadınlar arasında xəyanətə meyillilik artıb, ev işlərini görməkdən uzaqdırlar və s. Ona görə də əksər gənclər başqa ölkənin qadınları, ya da aradakı yaş fərqinə əhəmiyyət vermədən əvvəlki nəsildən olan daha məsuliyyətli qadınlarla evlənməyə üstünlük verirlər.

Digər əsas səbəbdən biri də gənc qızların ailə qurarkən artıq boşanma haqqında düşünməsidir.

Bəzi qızların planlı şəkildə aliment və ya digər mal varlığının bölünməsini öncədən düşündüyü üçün kişilər ailə qurmaqdan ehtiyat edirlər.

“Evlilik baha, zina ucuz” deyənlər də gənclər arasında az deyilmiş. Gənc kişilər toy xərclərinin indiki zamanda həddən artıq baha olduğunu, lazımsız adətlərin pul qoparmaq üçün təşkil olunduğunu deyirlər. Buna görə də “vətəndaş nikahı” ilə, yəni rəsmi nikah və toy olmadan birgə yaşayışa üstünlük verirlər.

Yeni nəsil gənclərin evlilikdən daha bir qaçış səbəbi komfort zonasından çıxmamaq istəyidir.

Xüsusilə işi, evi, ümumilikdə maddi imkanı və rahatlığı yerində olanlar dinc həyatını pozmaq istəmirlər. Yeni insan, yeni xarakter və müştərək həyatı riskli hesab edirlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin