Ələt-Astara magistral avtomobil yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi səbəbilə aprelin 12-də saat 08:00 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan Bizim.Media-ya verilən məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:20 radələrində ölüm faktı qeydə alınıb. 2 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Xatırladaq ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı "Opel" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində Valiyə Abdulla qızı Paşayeva ölüb, xəsarət alan Anar Natiq oğlu Paşayev və Mirməhəmməd Anar oğlu Paşayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Bizim.Media



































































































