Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Hazırda oxunan: Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

606639

Avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən avtomobil ehtiyat hissələrinin satıldığı mağazaların birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Aprelin 10-u saat 02:26-da xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Əraziyə gələn Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirən zaman şübhəli şəxslərin obyektin pəncərəsindən tullanaraq qaçmağa cəhd göstərdiklərini aşkar ediblər.
 

Onlar polis əməkdaşlarının çevikliyi nəticəsində saxlanılıblar. Aparılan araşdırma zamanı oğurluğa cəhd edən şəxslərin 24 yaşlı H.Musayev və 22 yaşlı Ü.Əlizadə olduqları müəyyən edilib.


Ərazi üzrə müvafiq polis şöbəsinə təhvil verilən həmin şəxslərin digər analoji cinayətlər törədib-törətmədiklərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin