Azərbaycanda daha bir tiktoker sosial şəbəkədə yaydığı əxlaqsız videoya görə məsuliyyətə cəlb olunub.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qeydə alınıb.
22 yaşlı Məcid Poladov (ad və soyad şərtidir) tiktok hesabında özünə məxsus avtomobilin videosunu söyüşlü səs fonunda paylaşıb.
Buna görə də o, polis şöbəsinə çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məcid Poladov ifadəsində əxlaqsız paylaşım edilən tiktok hesabının həqiqətən də özünə aid olduğunu etiraf edib.
Lakin belə bir paylaşıma görə məsuliyyətə cəlb olunacağından xəbərsiz olduğunu deyib. Poladov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə o, 700 manat məbləğində cərimələnib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:50 / 11.04.2026
22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI
Hazırda oxunan: 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI
Hazırda oxunan: 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI
606550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































