İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

Hazırda oxunan: İmişlidə yataq xəstəsinin evdə yanmış meyiti tapılıb

606516

İmişli rayonunda yanğın olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Abışov Akif Mədət oğluna məxsus ikiotaqlı yaşayış evi yanıb.

Yanğının söndürülməsinə İmişli Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb.

Hadisə zamanı ev sahibi yanaraq həyatını itirib.

Qeyd edək ki, mərhum uzun illər yataq xəstəsi olub. Hadisə baş verən zaman evdə ondan başqa heç kim olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin