Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

Hazırda oxunan: Daha çox evli, yoxsa subay insanlar xərçəng olur?

606487

Heç vaxt evlənməmiş şəxslərdə evlilərlə müqayisədə xərçəng riskinin daha yüksək olduğu müəyyən edilib.

Bizim.Media xəbər verir ki, ABŞ-da dörd milyon çox insan arasında aprılan tədqiqatın nəticələrinə görə bu qənaətə gəlinib.
 

Araşdırmaya görə, heç evlənməmiş kişilərdə xərçəng göstəriciləri, boşanmış və yad ul qalmış kişiləri də əhatə edən evli kişilərlə müqayisədə təxminən 68 faiz, heç evlənməmiş qadınlarda isə təxminən 83 faiz daha yüksəkdir.


Bu yeni müşahidə evliliyin xərçəngin qarşısını aldığı və ya insanların mütləq evlənməli olduğu anlamına gəlmir. Lakin evlilik artıq xərçəngin daha erkən diaqnozu və daha yüksək sağ qalma göstəriciləri ilə əlaqələndirilir.

Evli insanlar adətən daha güclü sosial dəstək sisteminə malik olur, daha stabil maddi vəziyyətə sahib olur, həmçinin, müalicə rejiminə əməl etmə ehtimalları daha yüksək olur.

Çıxarılan əsas nəticə budur ki, əgər evli deyilsinizsə, xərçəng risk faktorlarına daha çox diqqət yetirməli, lazım olan müayinələrdən keçməli və sağlamlığınızı daim nəzarətdə saxlamalısınız.
 

Evlilik ilə xərçəng arasındakı ən güclü əlaqələr infeksiya, siqaret və ya alkoqol istifadəsi ilə bağlı xərçəng növlərində, həmçinin qadınlarda yumurtalıq və uşaqlıq kimi reproduktiv orqanlarla əlaqəli xərçənglərdə müşahidə olunub.


Araşdırmaçılar süd vəzi, qalxanabənzər vəzi (tiroit) və prostat xərçəngi kimi güclü skrininq proqramlarına malik xərçəng növlərində isə daha zəif əlaqə aşkar ediblər.

Eyni zamanda qeyd olunur ki, daha az siqaret çəkən, daha az alkoqol qəbul edən, öz sağlamlığına daha yaxşı qayğı göstərən və sosial həyata daha çox inteqrasiya olunan şəxslərin evlənmə ehtimalı da daha yüksək olur.

Buna baxmayaraq, tədqiqatçılar evlilik ilə xərçəng arasındakı əlaqənin 50 yaşdan yuxarı insanlarda daha güclü olduğunu müəyyən ediblər. Bu da insanların yaşlandıqca və xərçəng risk faktorlarına daha çox məruz qaldıqca, evliliklə bağlı üstünlüklərin daha aydın şəkildə ortaya çıxa biləcəyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin