“WhatsApp”a yeni funksiya gəldi

Hazırda oxunan: “WhatsApp”a yeni funksiya gəldi

606447

"WhatsApp" istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün yeni funksiya üzərində işləyir.

Bizim.Media xəbər verir ki, məlumata görə, artıq qrup söhbətlərində "@" işarəsi vasitəsilə istifadəçiləri birbaşa əlavə etmək mümkün olacaq.

Bu yenilik sayəsində söhbətdən çıxmadan, sadəcə etiketləmə menyusu vasitəsilə yeni üzvləri qrupa dəvət etmək mümkün olacaq.

Yeni funksiyanın Android versiyasında sınaqdan keçirildiyi və WABetaInfo tərəfindən aşkar edildiyi bildirilir.

Bu xüsusiyyət xüsusilə yeni qrup yaradarkən faydalı olacaq - əlavə etməyi unutduğunuz şəxsləri sürətlə qrupa daxil etmək mümkün olacaq.

Hazırda funksiya test mərhələsindədir və onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı hələlik açıqlanmayıb. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin