Xəbər verdiyimiz kimi, aprelin 7-də güclü sel nəticəsində baş verən torpaq sürüşməsi Quba–Qonaqkənd yolu üzərində nəqliyyatın hərəkətini çətinləşdirib. Mövcud vəziyyəti aradan qaldırmaq məqsədilə alternativ yolun çəkilişinə başlanılıb.
Quba Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov Bizim.Media-ya bildirib ki, yeni yol sürüşmənin baş verdiyi 41-ci kilometrdən başlayaraq köhnə Qonaqkənd yolu istiqamətində təxminən 6 kilometr məsafəni əhatə edəcək.
Onun sözlərinə görə, alternativ marşrutun çəkilişinə bu gündən etibarən start verilib.
Qeyd edək ki, layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Quba Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların mütəxəssislərinin birgə müzakirələri nəticəsində reallaşdırılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:37 / 10.04.2026
Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO
Hazırda oxunan: Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO
Hazırda oxunan: Quba–Qonaqkənd yoluna alternativ marşrutun çəkilişinə START VERİLDİ - ÖZƏL - FOTO/VİDEO
606382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































