“Partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində ixtisaslaşmış şəxslərin müxtəlif məkanlarda baş verən partlayışların qarşısını alması prosesini də bura daxil etmək məqsədəuyğun olardı”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O, bütün növ hərbi sursatların da partlamasının qarşısının alarkən zərərçəkənlərin ailəsinə güzəştlərin şamil edilməsini təklif edib:
“Bunu Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Müdafiə Nazirliyinin, müxtəlif ordu xidmətlərinin hardasa terrorçuluqla bağlı baş verə biləcək partlayış ehtimalının qarşısının alınmasına da şamil etməliyik. Yalnız bunu minatəmizləmə ilə məhdudlaşdırmayaq. Hadisə baş verəndən sonra bu sahədə çalışan, riskli fəaliyyətlə məşğul olan digər mütəxəssislərin də ailələrinə bunun şamil edilməsi daha ədalətli olar. Bunun nəzərə alınmasını tövsiyə edərdim”.
Günay Şahmar, Bziim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:39 / 10.04.2026
Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”
Hazırda oxunan: Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”
Hazırda oxunan: Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”
606334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































