Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Hazırda oxunan: Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

606318

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə olunan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əks olunub.
 

Layihəyə görə, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.


Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin