Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

Hazırda oxunan: Terror fəaliyyəti ilə bağlı yeni CƏZALAR

606309

Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə görə, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə – on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə – yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 

Qeyd edilib ki, yuxarıda qeyd olunan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 


Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin