"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

Hazırda oxunan: "Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi - FOTO

606308

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə istehsalat birliyi məlumat yayıb.

Bildirilib ki, Zabil İbayev ailəli olub, bir övladı var. Onun ölüm səbəbi açıqlanmayıb.

O, "Azəriqaz" İB-də əmək fəaliyyəti dövründə bir sıra məsul vəzifələrdə çalışıb. 08.08.2024-20.04.2025-ci İllərdə idarəetmə aparatının Əməliyyat modelinin inkişafı və tənzimlənmə departamentinin Biznes proseslərinin təhlili və rəqəmsallaşma şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
 

21.04.2025-11.01.2026-cı İllərdə Biznes proseslərinin təhlili və analitika departamentinin rəisi vəzifəsini icra edib. 


12.01.2026-cı ildən etibarən isə İT və Rəqəmsallaşma departamentinin rəisi vəzifəsində çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin