Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

Hazırda oxunan: Süni intellektlə saxta materiallar HAZIRLAYANLAR – Hansı hallarda həbs OLUNACAQLAR?

606306

“Süni intellektlə hazırlanmış material dezinformasiya, reputasiyaya zərər vurmaq, həmin materialın kütləvi şəkildə, həqiqi kimi, nişansız təqdim edildiyi anda zərər baş verir. Qanunda təklif etdiyimiz  dəyişiklik də zərərverici nəticənin qarşısını almağa hədəflənir. Yəni məqsəd süni intellekti istifadəni cəzalandırmaq deyil. Sadəcə inzibati xətalar məqsədləri üçün şəffaflığı təmin etməkdir. Klassik media və qanunvericilikdə də analoji yanaşma var, maddədəki “bilə-bilə” ifadəsi bu qəsdi və məsuliyyət subyektini dəqiqləşdirir”.

Bizim.Media xəbər verir ki , bunu deputat Kamal Cəfərov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
 

“Şəxs öz evində bacarıqlarını yoxlayaraq süni intellekt vasitəsilə materiallar yaradır və əgər onun yaratdığı materialda cinayət tərkibi yoxdursa, yəni şəxsin hər hansı razılığı olmadan, onun səsindən, görüntüsündən istifadə edərək reallığı əks etdirməyən material yoxdursa, cinayət tərkibi yoxdursa bu, qanun pozuntusu deyil”- deyə o qeyd edib.


Deputat Azay Quliyev isə bildirib ki, söhbət materialı hazırlayıb bilgisayarında saxlamaqdan getmir:

“Həm hazırlamaq, həm də yaymaqdan söhbət gedir. Bir var şəxs sosial şəbəkədə qarşısına çıxan materialı  paylaşır və 80 manatdan 150 manatdək cərimə olunursan, bir də var ki, şəxs bunu bilərək hazırlayır və yayır. İstərdim ki, bu fərqi bilək”.

Qeyd edək ki, layihəyə əsasən, qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma, həmçinin, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bundan əlavə, qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya yayma, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya telekommunikasiya şəbəkələrində yayma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin