Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Hazırda oxunan: Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

606294

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

Bizim.Media "qaynarinfo.az"a istinadla xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev "Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi" publik hüquqi şəxsin direktoru təyin edilib.

Bundan əvvəl sözügedən qurumun direktoru Səbuhi Ələkbər oğlu Seyidov olub.
 

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib.


Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin