Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT

Hazırda oxunan: Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT

606280

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında kadr dəyişikliyi olub.

Bizim.Media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
 

Əmrə əsasən, Qurban Nəzirov Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsindən azad olunub.


Digər əmrlə, onun yerinə indiyədək Risklərin qiymətləndirilməsi və təhlil şöbəsinin müdiri vəzifəsində çalışan Azər Əsədov təyin edilib.

Xatırladaq ki, ötən ay Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına Elnur Qasımov müdir təyin edilib. Bu ayın əvvəlində İlham Məlikov filiala müdir müavini təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin