Kürdəmirdə magistral su boru xətti partladı, rayon mərkəzi və 6 kənd susuz qalıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 30-cı km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza diametri 500 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 8400 abonentini, eləcədə 21000 sakinini içməli su ilə təmin edir.



Bizim.Media, Aran bürosu







































































































