Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

Hazırda oxunan: Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

606156

Xəbər verildiyi kimi Tovuz rayonunda valideynlər üç övladından imtina edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə valideynləri tərəfindən atılan üç azyaşlı uşağın kimliyi məlum olub.

Həmin uşaqlar Ələsgərovlar ailəsinin oğlan övladları 2024-cü il təvəlüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov və 2018-ci il təvəllüdlü Y.Ələsgərovdur. İlkin versiyaya görə uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.

Məlumat üçün bildirək ki, ailə Tovuzda "Avtoşkola" kimi tanınan ərazidəki sığınacaqda yaşayırdılar.

Tovuz rayonunda üç azyaşlı polis nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Uşaqların dövlət himayəsinə veriləcəyi ehtimal edilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin