Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Hazırda oxunan: Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

606152

Texnologiyanın inkişafı ilə proseslərin əlçatanlığı və vətəndaşlar üçün rahatlığını təmin etmək məqsədilə son illərdə dövlət qurumları müxtəlif tətbiqlər hazırlamışdı. Lakin bu tətbiqlərin çoxluğu vətəndaşlara heç də həmişə rahatlıq gətirmirdi.

Telefon ekranları “bəzəyən” müxtəlif tətbiqlərin əlində çaş-baş qalan vətəndaş nə edəcəyini bilmir, tətbiqlərin arasında dolaşıb qalırdı. İşlərin koordinasiyalı şəkildə aparılması üçün vahid sistemə keçid zərurəti yaranmışdı ki, qərar da özünü gecikdirmədi.

Vətəndaşlar üçün bütün xidmətlərin bir ünvanda əlçatan olması üçün dövlət xidmətlərinin tətbiqləri “MyGov” platformasına keçidi başladı.

Hazırda tətbiqlərin “MyGov”a keçidi mərhələli şəkildə aparılır, bəzi qurumların xidmətləri artıq inteqrasiya olunub. Amma bütün tətbiqlər və xidmətlər hələ tam köçürülməyib.

Sistemlərin uyğunlaşdırılması vaxt apardığı üçün keçidlər tədricən edilir. Bəzi xidmətlər həm köhnə app-da, həm də MyGov-da işləyir.

Lakin vətəndaşları narahat edən daha bir məqam var: bu qədər tətbiqlərin bir platformada cəmlənməsi yüklənmə yaratmayacaq?

Məsələ ilə bağlı İT mütəxəssisi Bəhruz Qurbanov Bizim.Media-ya bildirdi ki, belə bir ehtimal gözləniləndir. Xüsusilə də pik dövrlərdə, məsələn, maaş, sosial ödəniş günləri və s. böyük yüklənmə ola bilər.

“Bunlar sadəcə ehtimallardır. Güman ki, dövlət platformasında riskləri azaltmaq üçün müxtlif texniki metodlardan istifadə oluna bilər. Belə vahid platformalar üçün çoxsaylı sınaq və optimallaşdırma aparılır.

Load balancing, yəni balansı tənzimləmək üçün istifadəçilər serverlər arasında bölüşdürülə bilər.  Mikroxidmət sistemi tətbiq oluna bilər, yəni xidmətlər ayrıca işləyir. Ümumilikdə düzgün qurulubsa, tək platforma olmaq əslində daha stabil də ola bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin