Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi “mygova inteqrasiya edilir.
Bizim.Media xəbər verir ki, iyunun 4-nə qədər xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.
İyunun 14-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi, iyunun 27-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması planlaşdırılır.
Sentyabrın 20-dən isə xidmətin “mygov” platformasında istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.
Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.
Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Bizim.Media



































































































