Goranboyda qonşular arasında dava zamanı bir nəfər xəsarət alıb.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə rayonun Mənəşli kəndində baş verib.
Belə ki, Səfıkürd kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Tural Tanverdiyev Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə, adıçəkilən şəxs qonşuluqda yaşayan şəxslə musiqi üstündə mübahisə edib. O, qonşusundan maşında musiqinin səsini azaltmasını istəyib. Qarşı tərəf bununla razılaşmadıqda isə mübahisə zəminində xəsarət alıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kənd sakini T. Tanverdiyevə küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən 34 yaşlı həmkəndlisi Nurlan Qurbanov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:30 / 09.04.2026
Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu
Hazırda oxunan: Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu
Hazırda oxunan: Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu
606083
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































