Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfər edib.
Bizim.Media xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət heyət Kəlbəcərdə ermənilərin törətdiyi dağıntılara baxıb, orada infrastruktur layihələrinin icrası ilə tanış olublar.
Heyət bu gün Laçın, Qubadlı və Zəngilana da səfər edəcək.
Qeyd edək ki, nümayəndə heyəti dünən Şuşa və Ağdamda olub.
Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir.
Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur (APA).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 17.02.2022
Xarici ölkələrdən olan səyyahlar Kəlbəcərə getdilər
Hazırda oxunan: Xarici ölkələrdən olan səyyahlar Kəlbəcərə getdilər
Hazırda oxunan: Xarici ölkələrdən olan səyyahlar Kəlbəcərə getdilər
0:00
0:00
60607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.