Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Hazırda oxunan: Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

606069

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq evə buraxılıb.

Bizim.Media  istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında iki nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən iki nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin