Bu il ali təhsil müəssələrinə qəbul imtahanında keçid ballarının enəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, mövzuya təhsil eksperti Ramin Nurəlliyev münasibət bildirib.
Onun sözlərinə görə, 3-cü və 4-cü qruplarında keçirilən imtahanlarda riyaziyyat fənninin çətin olması ilə keçid ballarının enməsi gözlənilir:
"Əgər qəbul imtahanın da sualları çətin olarsa, balların aşağı düşməsi qaçılmazdır. Əksinə suallar asan tərtib edilərsə, ballar qalxacaq. Əlbəttə ki, bunu indidən demək çətindir. Çünki blok imtahanlarının birinci və ikinci cəhdi olacaq. Suallar keçən ilki imtahanla eyni səviyyədə olarsa, balların düşməsi gözləniləndir".
Ekspert qeyd edir ki, ballarda ciddi şəkildə enmə olarsa, müsabiqə şərtinin də gərgin keçməsi gözlənilir.
Müsabiqədən keçən abituriyentlərin sayı dəqiq bilinmədiyi üçün dəqiq nəsə demək çətindir. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:54 / 09.04.2026
Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplarda ballar enə bilər
Hazırda oxunan: Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplarda ballar enə bilər
Hazırda oxunan: Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplarda ballar enə bilər
606062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































