2026-cı ilin ötən dövrü ərzində Azərbaycanın ixrac etdiyi at ətinin və qurbağa ayaqlarının miqdarı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin ötən dövrü ərzində Qazaxıstana 20000 kq at əti ixrac üçün sertifikatlaşdırılıb:
"2026-cı ilin ötən dövrü ərzində isə Azərbaycandan İtaliyaya 4080 kq qurbağa ayağı ixrac üçün sertifikatlaşdırılıb", - məlumatda bildirilib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan təxminən 23 ton (23006 kq) qurbağa ayağı ixrac edib.
Qurbağa əti Azərbaycandan İtaliya (18 032 kq), Fransa (4 808 kq) və İspaniyaya (166 kq) ixrac olunub. Qurbağa əti ölkəmizdə Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə tərəfindən ixrac olunur.
Ötən il Azərbaycanın ixrac etdiyi at ətinin miqdarı isə 120 ton olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:32 / 09.04.2026
Azərbaycan İtaliyaya tonlarla qurbağa ayağı göndərdi
Hazırda oxunan: Azərbaycan İtaliyaya tonlarla qurbağa ayağı göndərdi
Hazırda oxunan: Azərbaycan İtaliyaya tonlarla qurbağa ayağı göndərdi
606039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































