Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Chevrolet” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü M. Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Qəza zamanı bir nəfərin də xəsarətlərlə xəstəxanaya çatdırıldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



































































































