Azərbaycanda ən çox müraciət edilən plastik cərrahiyə əməliyyatları açıqlandı

Hazırda oxunan: Azərbaycanda ən çox müraciət edilən plastik cərrahiyə əməliyyatları açıqlandı

606002

"Ölkəmizdə estetik cərrahiyyə əməliyyatlarından ən çox müraciət edilən əməliyyatlar rinoplastika - burun əməliyyatlarıdır".

Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov deyib.

O bildirib ki, sıx müraciət edilən əməliyyatlardan biri də süd vəzi əməliyyatlarıdır.
 

“3-cü sırada isə bədən şəkilləndirmə əməliyyatı qərarlaşır. Qarın əməliyyatları 4-cü sıradadır. Rekonstruktiv əməliyyatlarda isə birinci sıranı əl ilə bağlı cərrahiyyə əməliyyatları tutub. Bunun da səbəbi iş yerlərində qəza nəticəsində yaranan problemlərdir”, - həkim vurğulayıb.


O əlavə edib ki, həyati təhlükə yaradacaq tibbi müdaxilələr edilməyəcək və edənlərin də qarşısı alınacaq:

"Həkimlər olaraq tək məqsədimiz xalqa xidmət etməkdir. Xaricdə ola biləcək A-dan Z-ə bütün cərrahi müdaxilələri ölkəmizə gətirmək əsas məqsədlərdən biridir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin