Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldu

Hazırda oxunan: Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldu

605984

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüsü olan Həmidə və Nəzrin Sadıqova bacıları Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramına qəbul alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
 

Bildirilib ki, 2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660.9 bal ilə qəbul olunan Nəzrin Sadıqova Oksford, 660.2 bal ilə qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirmək əzmindədir.


Hər iki tələbə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb və bu günədək həmin statusu qoruyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin