Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
Bizim.Media xəbər verir ki, Qalib Qasımov sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
O bildirib ki, vəzifəsindən ayrılma səbəbi başqa işə keçmə istəyi ilə bağlıdır:
MÖVZU İLƏ BAĞLI:
Qalib Qasımov vəzifəsindən azad olundu – FOTO
“Əziz dostlar, bu gün 3 il 6 ay müddətində çalışdığım Qərbi Azərbaycan İcmasın aparatından öz xahişimlə ayrıldım. İcmada tutduğum vəzifədən ayrılma səbəbi başqa işə keçmə istəyimlə bağlıdır.
Qərbi Azərbaycan İcmasının qurulmağa başladığı ilk aylardan bu prosesin bir parçası və ön cərgələrində olmaq, İcmanın aparatının işini təşkil etmək, onun işlək, dayanıqlı mexanizmlərini yaratmaq, Qərbi Azərbaycana dönmək naminə 3 il müddətində bu vəzifədə yoruldum demədən çalışmaq mənim üçün sıradan bir iş deyil, eyni zamanda MİSSİYA idi.
Bu müddət ərzində Qərbi Azərbaycana qayıtmaq üçün çalışdığım, dəstək gördüyüm, əməkdaşlıq etdiyim bütün şəxslərə, qurum və təşkilatlara təşəkkür edirəm.
İcmadan ayrılmaq soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hüquqlarının bərpası uğrunda aparılan ümumi mübarizədən ayrılmaq demək deyil. Zorla və sistematik şəkildə çıxarıldığımız tarixi torpaqlarımıza - Qərbi Azərbaycana qayıdana qədər bu MİSSİYA mənim üçün davam edir”.

Bizim.Media
































































































