Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı - Bakıda qəribə hadisə

Hazırda oxunan: Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı - Bakıda qəribə hadisə

605942

Bakının Səbail rayonunda yerləşən “Salon pub” restoranında dava-dalaş salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü L.Lazarev barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib. İstintaq zamanı məlum olub ki, L.Lazarev restoranda nişanlısının Aydın (adlar şərtidir) adlı tanışı ilə dalaşıb.

Barəsində cinayət işi açılmış şəxs hadisəni belə təsvir edib:
 

“Özümü qismən təqsirli bilirəm. Nişanlım Svetlana ilə “Salon pub”da oturan zaman bizə mənim əvvəldən tanımadığım Aydın adlı şəxs yaxınlaşdı. Biz onunla tanış olduq. Bir az sonra məlum oldu ki, Aydın və nişanlım Svetlana əvvəllər tanış olublar. Söhbət əsnasında çox sərxoş olduğum üçün masanın üzərində yatıb qalmışam. Svetlananın səsinə oyandım və Aydının onu narahat etdiyini gördüm. Aydından masadan durub uzaqlaşmağını istədim, lakin o, məni təhqir etdi. Bu zaman Aydının üzünə bir zərbə vurdum və zərbədən yıxıldı. Özümə gəldikdən sonra Svetlana ilə Aydını apararaq əl-üzünü yuduq”.


Zərərçəkmiş şəxs bildirib ki, hadisə vaxtı burnundan xəsarət alıb.

Səbail Rayon Məhkəməsi L.Lazarevi xuliqanlıq əməlində təqsirli hesab edərək 3 min manat cərimə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin