"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir – FOTO

Hazırda oxunan: "Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir – FOTO

605928

"Azərsun Holdinq" sənayenin rəqəmsal transformasiyası istiqamətində fəaliyyətini genişləndirir. Holdinq, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən proqram çərçivəsində aktiv iştirak edir və üç iri müəssisəsi ilə prosesə qoşulub.

Bizim.Media xəbər verir ki, Azərbaycanda uzun illərdir fəaliyyət göstərən "Azərsun Holdinq" sənayenin inkişafına verdiyi töhfələrlə yanaşı, istehsalatın modernləşdirilməsi və texnoloji yeniliklərin tətbiqi istiqamətində də ardıcıl addımlar atır.

Bu çərçivədə holdinq rəqəmsal həllərin tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və resurslardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir.
 

Layihə çərçivəsində “Sun Tea” MMC və “AzərSüd” MMC-də istehsal proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırma səviyyəsinin artırılması və idarəetmədə rəqəmsal alətlərin tətbiqi istiqamətində işlər aparılır. Görülən tədbirlər müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsinə və istehsalın daha çevik təşkilinə şərait yaradır.


Qeyd edək ki, bu kimi layihələr "Azərsun Holdinq"in istehsal gücünün artırılmasına, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə və beynəlxalq bazarlarda mövqeyinin daha da möhkəmləndirilməsinə yönəlib.

Holdinq gələcək dövrdə də rəqəmsal transformasiya istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin