TƏBİB-in Müşahidə Şurasının yeni sədri Xalid Əhədov kimdir? – DOSYE

Hazırda oxunan: TƏBİB-in Müşahidə Şurasının yeni sədri Xalid Əhədov kimdir? – DOSYE

605883

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Sərəncama əsasən, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi – Xalid Əhədov TƏBİB-in Müşahidə Şurasının sədri vəzifəsini icra edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-in Müşahidə Şurasına Xalid Əhədov SƏDRLİK EDƏCƏK


Bizim.Media Xalid Əhədovun dosyesini təqdim edir:

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

İctimai-siyasi fəaliyyəti

Xalid Əhədov 1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.
 

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışmağa başlayıb. 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.


Xalid Əhədov Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

Xalid Əhədov ingilis, rus, ispan və türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

Qeyd edək ki, Xalid Əhədovun atası Nurəddin Əhədov Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin