Zəngilanın Məmmədbəyli kəndi belə quruldu - VİDEO

Hazırda oxunan: Zəngilanın Məmmədbəyli kəndi belə quruldu - VİDEO

605857

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonunun Məmmədbəyli kəndininin ərsəyə gəlməsinə dair videoçarx təqdim edib.

Qurumdan Bizim.Media-ya bildirilib ki, müasir yanaşma, dayanıqlı inkişaf prinsipləri ilə qurulan bu yaşayış məntəqəsi artıq yeni həyatın simvoluna çevrilib.

Kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beş otaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb.

Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. Köçürülən ailələrin, evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin