Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Hazırda oxunan: Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

605842

Xaçmaz rayonunun Sibiroba kəndində bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kəndin 37 yaşlı sakini Rəşad Məmmədov yağış suları ilə dolmuş su kanalına düşərək boğulub.

Məlumata görə, o, kanaldan çıxa bilməyib və hadisə yerində həyatını itirib.

Bildirilir ki, mərhum Epilepsiya (sudurğa) xəstəliyindən əziyyət çəkirmiş. Ehtimala görə, o, epilepsiya tutması keçirdiyi üçün suda boğulub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin