Tanışını bıçaqlayan tələbəyə bu cəza verildi

Hazırda oxunan: Tanışını bıçaqlayan tələbəyə bu cəza verildi

605805

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərə vurmada təqsirləndirilən 2009-cu il təvəllüdlü Əsəd Hacıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib.
 

İttihama əsasən, hadisə 03 oktyabr 2026-cı il tarixdə saat 21 radələrində şəhərin H.Əliyev prospekti ərazisində, Gədəbəy Rayon İdman Kompleksinin qarşısında yerləşən kiçik parkda baş verib. Belə ki, təqsirləndirilən şəxs tanışı ilə söhbət etmək məqsədilə həmin əraziyə gəlib.


Araşdırmalar zamanı müəyyən edilib ki, hadisədən bir qədər əvvəl, təxminən saat 20 radələrində Əsəd Gədəbəy rayonu ərazisində yerləşən köhnə bazarın arxasında digər şəxs tərəfindən döyülüb.

Daha sonra isə şəhərin mərkəzi univermağının qarşısında zərərçəkmiş Ruslan Məmmədov (soyadı şərtidir) və həmin digər şəxslə aralarında yaranmış mübahisə zamanı Əsəd onlardan əvvəlki insidentlə bağlı üzr tələb edib.

Lakin bu zaman zərərçəkmiş şəxs yenidən təqsirləndirilən şəxsə qarşı zor tətbiq edərək onu kəllə ilə vurub. Bundan əsəbiləşən Əsəd mətbəx bıçağını çıxararaq Ruslanın qarın nahiyəsinə bir dəfə zərbə endirib.
 

Nəticədə zərərçəkmiş şəxs qarının ön divarına nüfuz edən, nazik bağırsaq ilgəklərinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan ağır xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər kimi qiymətləndirilib.


Hadisədən sonra Əsəd Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, Əsəd Hacıyev universitetlərin birində oxuyur. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin