Şəkidə 23 mindən çox abonentin qazı KƏSİLƏCƏK

Hazırda oxunan: Şəkidə 23 mindən çox abonentin qazı KƏSİLƏCƏK

605781

Şəkidə "Təmiz Qaz" QSC tərəfindən balans qovşaqlarının mənbəyə qoşulması ilə əlaqədar 8 apreldə saat 09:30-dan etibarən şəhər ərazisində, habelə Oxud, Qoxmuq, İnçə, Baş Küngüt, Bideyiz, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Aşağı Küngüt, Qırxbulaq, Vərəzət kəndlərində qaz kəsiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qoşulma işləri ilə əlaqədar cəmi 22 820 əhali abonenti və 372 qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilişi bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin