3 mindən çox ev kollektorun üzərində yerləşir - Hər an sökülə bilər

Hazırda oxunan: 3 mindən çox ev kollektorun üzərində yerləşir - Hər an sökülə bilər

605762

Paytaxtın bir çox ərazisində magistral içməli su və tullantı xətlərinin mühafizə zolaqlarında inşa edilən qanunsuz tikililər ciddi təhlükə mənbəyinə çevrilib. Son 10 ilin statistikasına görə, Bakı və Abşeronda ümumilikdə 3000-ə yaxın ev birbaşa su kollektorlarının üzərində inşa edilib.

Bizim.Media “Milli.az”a istinadən xəbər verir ki, bu tikililər həm xətlərin istismar müddətini qısaldır, həm də ağır tonnajlı konstruksiyaların təzyiqi nəticəsində qəzalara yol açır. Ən pisi isə odur ki, qanunsuz evlər sıradan çıxan kollektorların təmir və bərpa edilməsini qeyri-mümkün hala gətirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, hazırda yararsız vəziyyətə düşən tullantı su kollektorlarının yerinin dəyişdirilməsi prosesinə başlanılıb.

Bu çərçivədə Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrini əhatə edən ərazilərdə yeni magistral xətlər quraşdırılır.

Qeyd edək ki, kollektorların üzərindəki qanunsuz tikinti artıq real fəsadlarını göstərməkdədir. 2025-ci il dekabrın 16-da Tomris küçəsində kollektorun sıradan çıxması nəticəsində fərdi yaşayış evinin bünövrəsi çökmüşdü.
 

Oxşar təhlükə Xətai rayonu, Rəşid Bağırov küçəsi 36/12b ünvanında da qeydə alınıb. Burada diametri 1200 mm olan nəhəng kollektorun üzərində tikilmiş iki mərtəbəli evin sökülməsi barədə qərar qəbul edilib. Bildirilir ki, bu tikili Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasına ciddi maneə yaradaraq ərazini subasma təhlükəsi ilə üz-üzə qoyub.


Mütəxəssislər xəbərdarlıq edir ki, magistral su xətlərinin üzərində ev tikmək həm sakinlər, həm də şəhər infrastrukturu üçün hər an baş verə biləcək qəza deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin