Qusarda yağıntıların fəsadları belə aradan qaldırılır – FOTO/VİDEO

Hazırda oxunan: Qusarda yağıntıların fəsadları belə aradan qaldırılır – FOTO/VİDEO

605748

4 və 5 aprel tarixlərində Qusar rayonunda müşahidə olunmuş intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər operativ şəkildə həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir. Mövcud vəziyyətin nəzarətdə saxlanılması, fəsadların aradan qaldırılması məqsədilə həmin ərazilərə texnikalar cəlb olunub, eyni zamanda canlı qüvvə səfərbər edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, DSX Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsinin komandiri və RİH başçısı aparatının məsul şəxsləri rayonun sərhədyanı kəndləri – Həzrə, Ukur, Düztahir, Böyük Muruq və Sudur yaşayış məntəqələrində olaraq baş vermiş fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlərlə yerində tanış olub, həmin kəndlərdə yerləşən hərbi obyektlərə gedən yollara baxış keçiriblər.
 

Eyni zamanda aidiyyəti qurumların nümayəndələri ilə birgə görülməli tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb, ərazilərdə fəaliyyət göstərən texnikaların işi nəzərdən keçirilib və zəruri bərpa işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verilib.


Kəndlərin sakinləri ilə ünsiyyətdə olan icra başçısı onların müraciətlərini dinləyib, güclü yağışlar səbəbindən onlara dəymiş ziyanlarla maraqlanıb və fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirlərlə bağlı məlumat verilib.

Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər fasiləsiz şəkildə davam etdirilir. Vəziyyət nəzarətdə saxlanılır.

Qeyd edək ki, güclü qar yağması nəticəsində bağlanmış ucqar Sudur kəndinə gedən yol texnikalar vasitəsilə təmizlənib və yolda nəqliyyatın hərəkəti bərpa edilib.























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin