Dostunun evindən pul oğurlayıb motosiklet aldı – Bakıda kuryoz OLAY

Hazırda oxunan: Dostunun evindən pul oğurlayıb motosiklet aldı – Bakıda kuryoz OLAY

605745

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 2600 manat pul oğurlayıb.

Zərərçəkən bununla bağlı polisə müraciət edib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M. Muradov saxlanılıb.
 

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkənin övladı valideynlərinin evdə olmadığını dostuna xəbər edərək pulu oğurlamasını bildirib. Saxlanılan şəxsin taladığı maddi vəsaitlə motosiklet aldığı da müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin