Şəkinin Salman Mümtaz küçəsində su xəttində qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər yağan yağışlardan sonra su xətlərində suyun artması müşahidə olunur.
Bu səbəbdən borularda yüklənmə çoxalıb. Nəticədə şəhərin Salman Mümtaz küçəsi istiqamətindəki su boru xətti partlayıb.
İlkin məlumatlara görə, 400-dən çox abonentin içməli su ilə təminatı müvəqqəti olaraq dayandırılıb.
Hadisə yerinə Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və texnikalar cəlb olunub. Hazırda ərazidə qəzanın aradan qaldırılması istiqamətində iş aparır.
İdarədən verilən məlumata əsasən, qəza aradan qaldırılan kimi suyun verilməsi təmin olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

































































































