İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

Hazırda oxunan: İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

605712

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-mart ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 200 742 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

ƏƏSMN-dən Bizim.Media-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bildirilib ki, bu vəsaitlərin 87 faizi əməkhaqqı, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub:

“Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 44 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin