Bakının Xəzər rayonunda kişi papağa görə arvadını döyüb.
Bizim.Media xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlkin Muradzadə 2022-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan bir övladları dünyaya gəlib.
Bir ay əvvəl İlkin axşam işdən evə gəlib və başındakı papağı götürüb azyaşlı övladının başına qoyub. Həyat yoldaşı həmin papağı uşağın başından götürüb stolun üstünə qoyub və bu hərəkət İ.Muradzadəni əsəbiləşdirib. Cütlük papağa görə mübahisə edib və mübahisə zamanı İ.Muradzadə həyat yoldaşını döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və İ.Muradzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:55 / 07.04.2026
Bakıda kişi papağa görə arvadını döydü
Hazırda oxunan: Bakıda kişi papağa görə arvadını döydü
Hazırda oxunan: Bakıda kişi papağa görə arvadını döydü
605672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































