Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Satbayev Universitetində işgüzar səfərdədir.
Bizim.Media xəbər verir ki, səfərdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova, eləcə də İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil edirlər.
Səfər çərçivəsində ADNSU nümayəndələri Satbayev Universitetinin Energetika və Maşınqayırma İnstitutunun direktoru, professor Kasım Yelemesov və Geologiya və Neft-qaz İnstitunun direktoru, dosent Erqalı Auelxan ilə görüş keçiriblər.
Görüş zamanı iki universitet arasında əməkdaşlığın mövcud vəziyyəti, onun daha da inkişaf etdirilməsi, akademik mobillik proqramlarının icrası, eləcə də gələcək birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər təhsil və elmi fəaliyyət sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
İşgüzar səfər çərçivəsində nümayəndə heyəti universitetin infrastrukturu ilə tanış olub, tədris və elmi mühit, laboratoriyalar və mövcud imkanlar barədə məlumat əldə edib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:25 / 07.04.2026
ADNSU nümayəndələri Satbayev Universitetində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib – FOTO
Hazırda oxunan: ADNSU nümayəndələri Satbayev Universitetində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib – FOTO
Hazırda oxunan: ADNSU nümayəndələri Satbayev Universitetində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib – FOTO
605651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































